31 avqust 2026 16:52
98

Sahibə Qafarova Serbiyada səfərdədir

Milli Məclisin sədri Sahibə Qafarova Serbiyaya işgüzar səfər edib.

“İki sahil” xəbər verir ki, sədrin başçılıq etdiyi Azərbaycan nümayəndə heyətinin səfərində məqsəd Qoşulmama Hərəkatına üzv ölkələrin Dövlət və Hökumət Başçılarının Birinci Konfransının 65 illiyinə həsr olunmuş Yüksək Səviyyəli Xatirə Görüşündə iştirakdır.

Belqrad şəhərinin Nikola Tesla hava limanında Milli Məclisin sədrini Serbiyanın daxili və xarici siyasət naziri, EXPO-2027-in Baş Komissarı Yaqoda Lazareviç, Azərbaycanın Serbiyadakı səfiri Tahir Tağızadə və digər rəsmi şəxslər qarşılayıblar.