01 sentyabr 2026 20:52
64

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin 6 şagirdi qızıl və gümüş nişana layiq görülüb

 

Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin 7 şagirdi qızıl və gümüş nişana layiq görülüb.

Liseyin şagirdləri Ayan Abbasova, Yusif İbrahimzadə, Elman Kərimli, Suad Məmmədzadə qızıl, Cabir Abbasov və Emilya Ağayeva isə gümüş nişanla təltif olunublar.

Qızıl və gümüş nişanla təltif olunan təhsilalanların adları məktəbin “Şərəf kitabı”na yazılacaq.

Şagirdlərimizi təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq!