03 sentyabr 2026 08:11
98

Tramp: Hazırda Hörmüz boğazına nəzarət edirik

ABŞ Prezidenti Donald Tramp İranın neft tankerlərinin Hörmüz boğazından keçidini məhdudlaşdırmaq imkanlarının demək olar ki, olmadığını bildirib. O, həmçinin İranın iqtisadi böhrana yaxınlaşdığını iddia edib.

“İki sahil” xəbər verir ki, Tramp bunu Ağ Evdə çıxışı zamanı deyib. “Hazırda Hörmüz boğazına nəzarət edirik. Oradan hər gün və hər gecə çoxlu sayda gəmi, o cümlədən neftlə yüklənmiş tankerlər keçir”, - deyə ABŞ Prezidenti bildirib. Trampın sözlərinə görə, İran indiyədək bu nəqliyyatın qarşısını almaq üçün demək olar ki, heç bir tədbir görə bilməyib. ABŞ lideri İranın iqtisadi vəziyyətinin də yaxşı olmadığını bildirərək ölkənin iqtisadi çöküşə yaxın olduğunu iddia edib.

Qeyd edək ki, ABŞ-nin energetika naziri Kris Rayt daha əvvəl CNBC telekanalına müsahibəsində sentyabrın 1-də Hörmüz boğazından 17 milyon barreldən çox neft daşındığını bildirib. Münaqişədən əvvəl dünya üzrə neft ticarətinin təxminən 25 faizi və mayeləşdirilmiş təbii qaz ticarətinin 20 faizə yaxını bu boğaz vasitəsilə həyata keçirilirdi.