Rusiya qoşunlarının Ukraynanın Odessa şəhərində yerləşən 21 mərtəbəli yaşayış binasına gecə hücumu nəticəsində üçü uşaq olmaqla 17 nəfər yaralanıb.
“İki sahil” xəbər verir ki, bu barədə Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak "Telegram" kanalında məlumat verib. Onun sözlərinə görə, zərbə binanın 10-cu mərtəbəsindən 17-ci mərtəbəsinədək olan mənzillərə, həmçinin yaxınlıqda park edilmiş avtomobillərə ziyan vurub. Hadisə yerində kommunal və fövqəladə xidmətlərin əməkdaşları çalışır.
Mütəxəssislər dəymiş zərəri qeydə almağa və hücumun nəticələrini aradan qaldırmağa davam edirlər. Sakinlər üçün operativ qərargahlar yaradılıb. Burada onlar zəruri yardım və məsləhətlər ala bilərlər.
Peter Macyar Ukraynanın Avropa İttifaqına tələsik qəbulunu dəstəkləməyəcəklərini bildirib