Giləmeyvə istehsalının daha da genişləndirilməsi prioritetlərdən biridir.
“İki sahil” xəbər verir ki, bunu Göygöldə keçirilən "III Moruq festivalı"nda kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli jurnalistlərə müsahibəsində bildirib. O, Prezident İlham Əliyev tərəfindən 25 may 2026-cı ildə imzalanmış Dövlət Proqramının yaratdığı üstünlüklərdən danışıb: "Müvafiq qərar bir sıra sahələri tamamilə birləşdirərək aqrar sahə haqqında yeni bir Dövlət Proqramının təsdiqinə gətirib çıxarıb. Biz yenə də məhsuldarlığa hədəflənməklə yanaşı, torpaq, su ehtiyatlarından, resurslardan səmərəli istifadəni təşviq edirik. Artıq növbəti subsidiya dəstək mexanizmləri ehtiyatlardan səmərəli istifadə olunması məsələsini də ön plana gətirir. Eyni zamanda, istehsalla yanaşı emalın dəstəklənməsi, xüsusilə də ixrac bazarlarına çıxış imkanlarının müəyyənləşməsi, fermerlərə bu istiqamətdə dəstək vermək üçün sertifikatlaşma və onun təşviq olunması, onlara dövlət tərəfindən dəstəyin verilməsi, eyni zamanda sertifikatların saxlanmasına müəyyən dövlət güzəştlərinin verilməsi, subsidiya mexanizmlərinin formalaşdırılması həyata keçirilməkdədir".
Seymur Səfərli əlavə edib ki, ölkədə intensiv bağlar istiqamətində genişlənmələr müşahidə olunur: "Növbəti hədəfimizdə giləmeyvə istehsalını daha genişləndirmək, əlavə dəyər yarada bilən bitkilərin dəstəklənməsi olacaq. Nazirliyin prioritetləri də bu istiqamətdədir".
Tərəflər əməkdaşlığın perspektiv istiqamətləri üzrə fikir mübadiləsi aparıblar
"Şimal-2"də 026-ci ilin sentyabr ayınadək 21,1 milyard kilovat/saat elektrik enerjisi hasil olunub
Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq