07 sentyabr 2026 20:48
103

Qadınlar mundiala Qubada hazırlaşır

 

 

Qadın güləşi üzrə milli komandamız Quba Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına start verib.

Böyüklər və U23 yaş qruplarını əhatə edən hazırlıq mərhələsi sentyabrın 19-dək davam edəcək. Ümumi və xüsusi hazırlıq üzrə keçirilən toplanış yığmanın baş məşqçi əvəzi Toğrul Əsgərov və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında təşkil olunur.

TMT-də Xədicə Qurbanzadə, Nəzrin Əhmədli (hər ikisi 50 kq), Nərgiz Səmədova, Fatimə Bayramova, Esra Məmmədli (hamısı 53 kq), Elnurə Məmmədova, Əsmər Cankurtaran, Gültəkin Şirinova (hamısı 55 kq), Jalə Əliyeva, Qaratel Quliyeva, Səadət Quliyeva (hamısı 57 kq), Günay Qurbanova (59 kq), Ruzanna Məmmədova (62 kq), Birgül Soltanova (65 kq) və Zəhra Kərimzadə (72 kq) iştirak edir.

Qeyd edək ki, iki yaş qrupunu əhatə edən TMT oktyabrın 12-18-də ABŞ-ın Las-Veqas şəhərində keçiriləcək U23 dünya çempionatı, eləcə də oktyabrın 24-dən noyabrın 1-dək Qazaxıstanın paytaxtı Astanada baş tutacaq böyüklərin dünya çempionatına hazırlıq məqsədi daşıyır.