08 sentyabr 2026 18:31
130

Pentaqondan NATO-ya çağırış

ABŞ Müdafiə Nazirliyi Şimali Atlantika Alyansının (NATO) Ukraynadakı "uzunmüddətli münaqişəyə" hazır olmalı olduğunu bildirib.

“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Ukraynaya silah tədarükünü əlaqələndirən Qərb təmas qrupunun növbəti iclasında videobağlantı vasitəsilə çıxış edən ABŞ-ın hərbi nazirinin siyasi məsələlər üzrə müavini Elbric Kolbi qeyd edib: "Hərbi nazirliyin nöqteyi-nəzərindən, biz bu faciəvi müharibənin nə vaxt başa çatacağını proqnozlaşdırmaq iqtidarında deyilik. Biz uzunmüddətli münaqişəyə, həmçinin Ukraynanın ehtiyaclarının aylarla və illərlə hələ də qalacağına hazır olmalıyıq. Bundan əlavə, digər ehtimal olunan fövqəladə hallara da hazır olmalıyıq".

O, Ukrayna münaqişəsinin nizamlanması perspektivlərinə «ayıq yanaşmağın» zəruriliyini vurğulayıb. "Prezident Donald Trampın daha əvvəl bəyan etdiyi kimi, bizim məqsədimiz möhkəm sülhdür və biz bu istiqamətdə göstərilən bütün səyləri dəstəkləyirik", – deyə Kolbi əmin edib.

ABŞ Müdafiə Nazirliyi NATO ölkələrini Ukrayna ilə bağlı uzunmüddətli planlar qurmağa və resursları buna uyğun tənzimləməyə çağırır.