08 sentyabr 2026 19:37
96

Ryabkov: Rusiya və Çin Afrika istiqamətində rəqabət aparmır

Rusiya və Çin Afrikada rəqabət aparmırlar, bəzi regional aspektlərdə isə Moskva və Pekin öz səylərini əlaqələndirirlər.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya XİN rəhbərinin müavini, BRİKS-də şerpa Sergey Ryabkov sentyabrın 12-13-də Yeni Dehlidə keçiriləcək birliyin sammiti ərəfəsində TASS Analitik Mərkəzinə müsahibəsində bildirib.

Diplomat diqqətə çatdırıb ki, Rusiya və Çin bütün regional treklər üzrə yanaşmaları müqayisə edirlər. Ryabkov qeyd edib: «Bəzi aspektlərdə koordinasiya mövcuddur. Lakin bizimlə onlar arasında rəqabət yoxdur".

Rusiya XİN rəhbərinin müavini əlavə edib ki, "Rusiya – Afrika" və BRİKS formatlarının Afrika istiqamətində fərqli gündəliyi mövcuddur.

Daha əvvəl TASS-a Rusiya XİN-in Saxaradan cənubdakı Afrika dövlətləri departamentinin direktoru Anatoli Başkin bildirmişdi ki, oktyabrın 28-29-da Moskvada keçiriləcək üçüncü "Rusiya – Afrika" sammitində 30-dan çox Afrika dövləti iştirakını təsdiqləyib.