08 sentyabr 2026 18:38
122

Pistorius Kiyevə PAC-2 raketlərinin tədarükünü elan edib

Almaniya Ukraynaya "Patriot" zenit-raket komplekslərində istifadə olunan PAC-2 tipli önləyici raketlər tədarük edəcək.

“İki sahil” "Reuters"ə istinadla xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius məlumat verib.

Bir sıra Qərb ölkələrinin müdafiə nazirlərinin iştirak etdiyi videokonfrans zamanı o, "Almaniya Silahlı Qüvvələri ehtiyatlarından Ukraynaya PAC-2 önləyici raketlərinin tədarük edilməsi ilə bağlı qərar qəbul etdim», – deyə bildirib.

O, həmçinin Ukraynaya "hava-hava" tipli raketlərin tədarükünün artırılmasını planlaşdırdıqlarını bildirib. Berlin, bundan əlavə, Kiyevə dronların və uzaqmənzilli sursatların tədarükünü davam etdirmək niyyətindədir.