09 sentyabr 2026 12:04
87

Ceyhun Bayramov: Azərbaycan iri həcmli günəş və külək enerjisi layihələri ilə bərpa olunan enerji gücünü artırır

Azərbaycan iri həcmli günəş və külək enerjisi layihələrini istifadəyə verməklə, hidroenerji imkanlarını genişləndirməklə və beynəlxalq tərəfdaşlarla təmiz enerji layihələri həyata keçirməklə bərpa olunan enerji gücünü artırır.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda IV İqlim Həftəsinin rəsmi açılış mərasimində deyib.

Nazir deyib ki, Azərbaycan ənənəvi enerji istehsalçılarının yaşıl və dayanıqlı gələcəyin qabaqcıllarına çevrilə biləcəyini nümayiş etdirməkdə qərarlıdır:

"Bütün bu istiqamətlər Azərbaycan Prezidenti İlham Əliyevin uzunmüddətli strateji baxışına möhkəm əsaslanır".

C.Bayramov xatırladıb ki, Bakıda keçirilmiş COP29 çərçivəsində iqlim maliyyələşməsi, karbon bazarları və Paris Sazişinin digər istiqamətləri üzrə tarixi qərarlar qəbul edilib.

O deyib ki, bu qərarlar iqlim fəaliyyətini sürətləndirməyə, öhdəliklərini yerinə yetirmək istəyən, lakin bunun üçün kifayət qədər resursları olmayan ölkələrə dəstək göstərməyə xidmət edir.

Ceyhun Bayramov həmçinin bildirib ki, Azərbaycan Qlobal Qiymətləndirmənin nəticələri ilə uyğunlaşdırılmış üçüncü Milli Səviyyədə Müəyyən Edilmiş Töhfəsini təqdim edib.