09 sentyabr 2026 12:07
93

Tərtərdə yüksək bal toplayan tələbələrlə görüş keçirilib

Tərtər rayonunda ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında yüksək nəticə göstərən tələbələrlə görüş təşkil olunub. Görüşdə Milli Məclisin deputatı Anar Məmmədov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Tərtər Rayon Təhsil Sektorunun müdiri, müəllimlər, valideynlər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

“İki sahil” xəbər verir ki, tədbirdə çıxış edənlər tələbələri və onların valideynlərini qazanılan bu parlaq qələbə münasibətilə təbrik ediblər. Qeyd olunub ki, gənclərin təhsilə olan həvəsi və əzmkarlığı həm rayonun, həm də ölkənin gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir. Natiqlər tələbələrə ali məktəb illərində uğurlar arzulayaraq, onların gələcəkdə savadlı və vətənpərvər mütəxəssis kimi yetişəcəklərinə əminliklərini ifadə ediblər.

Sonda yüksək nəticə göstərən tələbələrə mükafatlar və xatirə hədiyyələri təqdim olunub, birlikdə xatirə şəkilləri çəkdirilib.