Qazax rayonunun Quşçu Ayrım kəndində iyunun 20-də baş vermiş güclü külək, leysan yağışları və dolu nəticəsində evlərinin dam örtüyünə ziyan dəymiş sakinlərə dam örtüyü materiallarının verilməsinə başlanılıb.
“İki sahil” xəbər verir ki, təbii fəlakət nəticəsində Quşçu Ayrım, Məzəm, Fərəhli, Çaylı, Alpout, Dəmirçilər və Daş Salahlı kəndlərində yaşayış evlərinin dam örtüklərinə, həyətyanı sahələrə və təsərrüfatlara ziyan dəymişdi. Hadisədən sonra ərazilərə baxış keçirilib, dəymiş ziyanın həcmi müəyyənləşdirilib. Quşçu Ayrım kəndində zərərçəkən sakinlərə Fövqəladə Hallar Nazirliyi tərəfindən ayrılan dam örtüyü materiallarının paylanılmasına başlanılıb.
AMEA rəhbərliyi və Şərqşünaslıq İnstitutunun kollektivi Aida İmanquliyevanın məzarını ziyarət edib
Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulması müzakirə edilib