21 sentyabr 2026 13:43
84

Litva inteqral PUA əleyhinə mübarizə sistemi yaradacaq

Litva ölkənin hava məkanına daxil olan pilotsuz uçuş aparatları (PUA) ilə mübarizə üçün inteqral sistem formalaşdıracaq.

“İki sahil” xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Robertas Kaunas "Politika.lt" portalına müsahibəsində bildirib.

Onun sözlərinə görө, müxtəlif hava məkanını izləmə və PUA-ların zərərsizləşdirilməsi vasitələrini birləşdirəcək sistemin yaradılması üzrə işlər sürətlə davam etdirilir. Nazir bildirib: "Layihənin başa çatdırılma tarixi olaraq 2027-ci ilin sonu müəyyən edilib, lakin biz bunu ilin ortasına qədər etməyə çalışardıq".

Litva ordusunun komandanlığının və Müdafiə Nazirliyinin planına görə, sistem hava obyektlərinin operativ aşkar edilməsini, qərarların qəbul edilməsində sürəti və PUA-ların zərərsizləşdirilməsi üzrə cavab tədbirlərinin işə salınmasını təmin etməlidir.

Müdafiə idarəsinin rəhbəri etiraf edib ki, layihə böyük maliyyə vəsaitləri tələb edir. O iddia edib ki, söhbət milyardlardan gedir.