Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Biləsuvar şəhərində yerləşən "Cümə" və "İmam Zaman" məscidlərini ziyarət edib.
“İki sahil” xəbər verir ki, bu barədə "Report"a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, komitə sədri İlham Əliyevin müəyyən etdiyi siyasi kursa uyğun olaraq dini etiqad azadlığının təmin olunması, milli-mənəvi dəyərlərin qorunması, ibadətgahların təmir və bərpası istiqamətində görülən tədbirlərdən danışıb. Bildirib ki, dini qurumlara mütəmadi olaraq dövlət dəstəyinin göstərilməsi Azərbaycanda bütün konfessiyalara qarşı yüksək diqqətin və dövlət-din münasibətlərinin sağlam əsaslar üzərində qurulmasının göstəricisidir. Ramin Məmmədov Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu sahədəki xidmətlərini xüsusi vurğulayıb. Milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması, eləcə də dini ibadət yerlərinin bərpasına yönəlmiş layihələrin uğurla davam etdirildiyini deyib.
Komitə sədri müasir dövrdə əhalinin maarifləndirilməsində din xadimlərinin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayaraq, onların dini bilikləri cəmiyyətə doğru şəkildə çatdırmasının vacibliyinə toxunub. Bildirib ki, dini fəaliyyətdə qanunvericiliyin tələblərinə riayət olunması, məzhəb ayrı-seçkiliyinə yol verilməməsi, xurafat və mövhumata qarşı mübarizə aparılması din xadimlərinin əsas vəzifələridir.
Görüşlər zamanı din xadimləri tərəfindən müxtəlif təkliflər səsləndirilib, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq ifadə edilib.
Nazir: Əvvəlki illə müqayisədə buğda və arpa toxum istehsalında nəzərəçarpan artım müşahidə olunub
Yeni Suraxanı qəsəbəsinin bir hissəsində qaz təchizatında qisamüddətli fasilə yaranacaq