25 sentyabr 2026 15:07
64

50 və 64 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilib

 

Paytaxtın Suraxanı rayonunun İlqar Musayev küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub. 

Məhdudiyyət səbəbindən 50 və 64 nömrəli müntəzəm marşrutların hərəkəti Lütfi Zadə, Səməd bəy Mehmandarov və Abbas Fətullayev küçələri ilə təşkil edilib.