Azərbaycan cüdoçusu Zelim Tçkayevin Bakıda keçirilən dünya çempionatının finalındakı rəqibi güclü olub.
“İki sahil” xəbər verir ki, 81 kq çəki dərəcəsində çıxış edən idmançı bu barədə jurnalistlərə açıqlama verib.
O, yarışın finalında gürcüstanlı Tato Qriqalaşviliyə uduzması ilə bağlı fikirlərini bölüşüb: "Sona qədər qalib gələcəyimi zənn edirdim. Rəqib daha güclü idi. Ona görə də məğlub oldum. Hər hansı yorğunluq yox idi. Sadəcə, o daha güclü idi. Heç bir bəhanə yoxdur".