BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türk Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) üzv dövlətlərini ABŞ-nin sanksiyaları fonunda qurumun fəaliyyətini qorumaq üçün təcili tədbirlər görməyə çağırıb.
“İki sahil” xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının saytında dərc olunan bəyanatda bildirilib.
Türk ABŞ-nin sanksiyalarını qəbuledilməz adlandırıb və onların BCM əməkdaşlarına, eləcə də ədalət mühakiməsinin həyata keçirilməsində məhkəmə ilə əməkdaşlıq edən şəxslərə çəkindirici təsir göstərməsinə yol verməməyin vacibliyini vurğulayıb.
O, həmçinin Roma Statutunun iştirakçısı olan dövlətləri məhkəmənin mühüm fəaliyyətini qorumaq və onun fasiləsiz işini təmin etmək üçün təxirəsalınmaz tədbirlər görməyə çağırıb.
Trampın göstərişi ilə Rusiya dizelinin dünya bazarlarına satışına icazə verildi