10 oktyabr 2026 02:20
112

Tramp Zelenskinin tənqidlərinə cavab verib

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya ilə neft razılaşmasının müharibəni uzadacağı barədə tənqidlərinə münasibət bildirib.

“İki sahil” xəbər verir ki, jurnalist Trampdan Zelenskinin bu razılaşmanı zəif addım kimi qiymətləndirməsinə münasibətini soruşub.

“Biz güclü tərəfdaşıq. Dünyanın neftə ehtiyacı var. Buna görə də dizel yanacağı əldə etməkdən çox məmnunuq”, – deyə ABŞ Prezidenti cavab verib.

O, razılaşmaya görə Rusiya Prezidenti Vladimir Putinə təşəkkür edib.

“Rusiya ilə bağlanmış neft sazişi çox əhəmiyyətlidir. Bu, ölkəmizə külli miqdarda neftin daxil olması deməkdir”,- deyə Tramp vurğulayıb.