11 oktyabr 2026 18:04
102

Roma Papası ağciyərindən əməliyyat olunacaq

Roma Papası XIV Leo tibbi müayinə zamanı aşkar edilmiş ağciyərindəki kiçik törəmənin çıxarılması üçün cərrahi əməliyyat keçirəcək.

“İki sahil”in "Associated Press" agentliyinə istinadən məlumatına görə, 71 yaşlı pontifik bu barədə Vatikanda Müqəddəs Pyotr meydanında keçirilən bazar günü duası zamanı bildirib.

"Həkimlər müayinələr zamanı ağciyərimdə kiçik düyün aşkar etdilər. O, çox erkən mərhələdə müəyyən edilib və dəqiq lokalizasiyaya malikdir. Həkimlər cərrahi müdaxiləni məqsədəuyğun hesab edirlər. Onların tövsiyələrinə əməl edərək, həmin törəmənin çıxarılması üçün əməliyyat olunmağa qərar verdim", - XIV Leo bildirib.

Əməliyyatın yaxın günlərdə keçirilməsi planlaşdırılır. Gözlənilən cərrahi müdaxilə ilə bağlı digər təfərrüatlar hələ açıqlanmayıb.