28 oktyabr 2026 11:13
130

Çinli alim Kimya İnstitutunun laboratoriyalarının fəaliyyəti ilə tanış olub

Çin Elmlər Akademiyasının Sincan Ekologiya və Coğrafiyaİnstitutunun direktor köməkçisi, professor Cəlili AbuduvayliElm və Təhsil Nazirliyi Kimya İnstitutunu ziyarət edib.

Görüşdə akademik Vaqif Fərzəliyev Kimya İnstitutununyaranma tarixi, inkişaf mərhələləri və əsas elmi-tədqiqatistiqamətləri haqqında məlumat verib.

Daha sonra institutun “Yağlayıcı-soyuducu kompozisiyalar” laboratoriyasının baş elmi işçisi Könül Qəhrəmanovalaboratoriyanın fəaliyyəti və əldə olunan elmi nəticələr barədətəqdimatla çıxış edib. Təqdimatda neftlə çirklənmiş su vətorpaqların bioloji, fitoremediasiya və nanobioremediasiyaüsulları ilə təmizlənməsi, pestisidlər və ağır metallarlaçirklənmiş mühitlərin bərpası istiqamətində aparılan tədqiqatlardiqqətə çatdırılıb. Həmçinin laboratoriyanın elmi və qrantlayihələrində iştirakı barədə məlumat verilib.

Professor Cəlili Abuduvayli təmsil etdiyi elmi müəssisəninfəaliyyəti, elmi infrastrukturu və tədqiqat imkanları haqqındadanışıb. O, həmçinin Arid Land Geography və Arid Land Research elmi jurnallarının baş redaktoru kimi fəaliyyət göstərir. Qonaq institutun quraq ərazilərin ekologiyası, təbii ehtiyatlarınöyrənilməsi, landşaft dəyişiklikləri və ekoloji təhlükəsizliksahələrində apardığı tədqiqatlar barədə məlumat verib.

Görüş çərçivəsində keçirilən müzakirələrdə hər iki elmimüəssisənin tədqiqat istiqamətləri, eləcə də gələcək əməkdaşlıqimkanları nəzərdən keçirilib. Neftlə çirklənmiş torpaq və sularınbərpası, ekoloji problemlərin qiymətləndirilməsi, mikrobiolojivə biotexnoloji yanaşmaların tətbiqi, quraq ərazilərinekologiyası və torpaq-su ehtiyatlarının öyrənilməsi sahələrindəbirgə tədqiqatların aparılması, elmi nəticələrin mübadiləsi vəbeynəlxalq qrant layihələrində iştirak imkanları müzakirəolunub.

Görüşdən sonra qonaq laboratoriyalarda aparılan tədqiqatlarla, mövcud avadanlıq və cihazlarla, eləcə də istifadə olunaneksperimental metodlarla tanış olub.

Sonda professor Cəlili Abuduvayli Kimya İnstitutuna ÇininSincan-Uyğur Muxtar Rayonunda yerləşən Turfan çökəkliyinəaid suvenir təqdim edib.