28 oktyabr 2026 12:07
129

Yasamalda tam orta məktəbdə bədbəxt hadisə: 7-ci sinif şagirdi vəfat etdi

Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə bədbəxt hadisə baş verib.

“İki sahil” Oxu.az-a istinadla xəbər verir ki, məktəbin 7-ci sinif şagirdi G.Dadaşova pəncərədən yıxılıb.

Hadisə məktəbin 4-cü mərtəbəsində 3-cü dərs zamanı baş verib. Həmin vaxt G.Dadaşovanın sinif yoldaşları fiziki tərbiyə dərsində olublar, o isə dərsə qatılmayıb.

Məlumata görə, G.Dadaşovanın anası bir müddət əvvəl vəfat edib və o, xalasının himayəsində yaşayıb.

Məktəbli hadisə nəticəsində vəfat edib.