Avropa İttifaqı "Kiyevi kapitulyasiyadan xilas etmək" məqsədilə Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin nəzarəti altında Rusiya ilə danışıqlar aparmaq üçün nümayəndə heyəti hazırlayır.
“İki sahil” xəbər verir ki, bu barədə mənbələrə istinadən "Euronews" telekanalı məlumat verib.
Məlumatlara görə, Fon der Lyayen bu təşəbbüsü Aİ ölkələrinə və ya hətta Avropa Şurasının rəhbəri Antonio Koştaya vermək fikrində deyil və nümayəndə heyətinə onun kabinetinin rəhbəri Byorn Zaybertin başçılıq etməsini tələb edir.
Telekanalın qeyd etdiyinə görə, Avropa 2022-ci ildən bəri Rusiyaya qarşı tətbiq etdiyi tam diplomatik boykot kursunu dəyişməyi ilk dəfədir ki, ciddi şəkildə müzakirə edir. "Euronews" hesab edir ki, buna səbəb Avropa liderlərinin ABŞ Prezidenti Donald Trampın son addımlarından şoka düşməsidir. Belə ki, Tramp Rusiya ilə dizel sazişi bağlayıb, Rusiya Federasiyasına qarşı sanksiyaların bir hissəsini dayandırıb, Volodimir Zelenskini tənqid edib və Ukraynada seçkilərin keçirilməsini tələb edib. Bundan əlavə, avropalılar Kiyev üçün "Starlink" işinə qoyulan məhdudiyyətləri Trampın Ukraynanı kapitulyasiyaya məcbur etmək hazırılığı kimi qiymətləndiriblər.
"Euronews" mənbələrinin məlumatına görə, Rusiya ilə birbaşa təmasların bu və ya digər dərəcədə və müxtəlif səbəblərdən bərpa olunmasını Fransa, İtaliya, Belçika, Lüksemburq, Avstriya, Macarıstan, Bolqarıstan və Çexiya dəstəkləyir. Almaniya, Polşa, İsveç, Danimarka və Baltikyanı ölkələr isə Rusiya ilə hər hansı təmasların əleyhinə çıxış etməkdə davam edirlər.