28 oktyabr 2026 13:43
142

Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiq edib

Ermənistan parlamenti ABŞ ilə TRIPP layihəsi (Tramp marşrutu) üzrə strateji əməkdaşlıq haqqında çərçivə sazişini ratifikasiya edib.

“İki sahil” xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

63 deputat sənədin lehinə, 32 deputat əleyhinə səs verib. Bitərəf qalan olmayıb.