Yaxın Şərq və Fars körfəzi regionu böyük dövlətlərin rəqabət meydanına və geopolitik münaqişələrin аренаsına çevrilməməlidir.
“İki sahil” xəbər verir ki, bu barədə Çin liedri Si Çinpin Pekində Xalq Yığıncaqları Sarayında Oman Sultanı Heysəm bən Tariq Əl Səid ilə keçirilən danışıqlar zamanı bəyan edib.
"Yaxın Şərq və Fars körfəzi regionu böyük dövlətlərin rəqabət meydanına və geopolitik münaqişə zonasına çevrilməməlidir. Bütün tərəflər regionda sülh və sabitliyin bərqərar olunması və qorunub saxlanılması üçün birgə səylər göstərməlidir", — deyə onun sözlərini Çin Mərkəzi Televiziyası sitat gətirib.
Onun sözlərinə görə, Çin ardıcıl olaraq hərbi əməliyyatların dayandırılması və sülhün təşviq edilməsi üçün fəal səylər göstərir, regional təhlükəsizlik problemlərinin dəf olunması üçün ideyalar və həll yolları təklif etməyə ümid edir: "Biz bundan sonra da mübahisələrin siyasi və diplomatik vasitələrlə tənzimlənməsinin tərəfdarı kimi çıxış edəcəyikvə region ölkələrini mehriban qonşuluq, inkişaf, təhlükəsizlik və əməkdaşlığa söykənən ümumi evin tikintisində dəstəkləyəcəyik".
Çin lideri qeyd edib ki, ölkəsi Oman da daxil olmaqla, ərəb ölkələri və Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası ölkələri ilə təmasları və koordinasiyanı gücləndirməyə, regionda sülh və sakitliyin tezliklə bərpa olunması, uzunmüddətli sülh və sabitliyə nail olunması üçün birgə səylər göstərməyə hazırdır.
Polşanın Ali Məhkəməsi etirazlar zamanı polisin müdaxiləsini qanunsuz adlandırıb
Paşinyan: Ermənistan Sərhəd Xidməti tədricən bütün dövlət sərhədlərinə nəzarəti təhvil alacaq
"The Atlantic": Tramp İranla müharibəyə görə məsuliyyəti Hegsetin üzərinə ata bilər
Qazaxıstanda şəxsi istifadə üçün 5 ildən köhnə avtomobillərin idxalı qadağan edilir