Polşa 2012-ci ildə bağlanan Dəməşqdəki səfirliyini 2027-ci ilin yanvarında yenidən açmağı planlaşdırır.
“İki sahil”in RMF radiosuna istinadla verdiyi məlumata görə, bir neçə Polşa diplomatı artıq səfirlik binasının təmiri və fəaliyyətinin bərpası ilə bağlı hazırlıq işləri aparmaq üçün Suriyaya gəlib.
Məlumatda Polşa diplomatlarının Suriyaya qayıtmasının Brüsselin Dəməşqlə əməkdaşlığı gücləndirmək səyləri ilə əlaqəli olduğu bildirilir.
Qeyd edək ki, Polşa vətəndaş müharibəsi səbəbindən 2012-ci ilin iyulunda Suriyadakı səfirliyini bağlayaraq diplomatlarını ölkədən təxliyə etmişdi. Həmin vaxt Varşava səfirlik yenidən fəaliyyətə başlayana qədər ölkədəki maraqlarının ABŞ-nin diplomatik nümayəndəliyi vasitəsilə təmsil olunmasına qərar vermişdi.
ABŞ-nin B-21 Raider bombardmançı təyyarəsinin silah sistemləri sınaqdan keçirilir