Avropa Xəbər Agentlikləri Alyansının (EANA) Baş Assambleyası gizli səsvermənin nəticələrinə əsasən Rusiyanın TASS informasiya agentliyini təşkilatın üzvlüyündən çıxarıb.
“İki sahil” xəbər verir ki, alyans TASS-ın üzvlükdən çıxarılmasının səbəbləri barədə açıqlama verməyib.
Səsvermə noyabrın 13-də Kiprin Larnaka şəhərində keçirilən Baş Assambleyanın iclasında baş tutub. Qeyd edək ki, alyansın rəhbər orqanı olan EANA Şurası 2022-ci il fevralın 27-də TASS-ın təşkilatda üzvlüyünün dayandırıldığını açıqlamışdı.
Xatırladaq ki, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) 2008-ci ildən EANA-ya üzvüdür.
ABŞ-nin B-21 Raider bombardmançı təyyarəsinin silah sistemləri sınaqdan keçirilir