Sabunçu rayonu Ramana qəsəbəsində bir avtomobildən 6000 manat nağd pul və bank kartları oğurlanıb. Polisin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E.Ağamirzəyev müəyyən edilərək saxlanılıb.
“İki sahil” xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.
Məlum olub ki, saxlanılan şəxs nəqliyyat vasitəsinin qapısının açıq olmasından istifadə edərək oğurluq hadisəsini törədib.
Faktla bağlı cinayət işi başlanılıb.