18 noyabr 2026 21:30
179

Qazaxda baş verən qəzada ölənlərin sayı 4-ə çatıb - YENİLƏNİB

Qazaxda ağır yol-nəqliyyat hadisəsində xəsarət alanlardan biri xəstəxanada ölüb.

Toqquşan avtomobillərdən birinin sürücüsü İ.Müsədirovun həyatını xilas etmək mümkün olmayıb.

Xəsarət alan sərnişin, 1996-cı il təvəllüdlü T.Dərgahquliyevanın vəziyyətinin isə ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Qazaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Yuxarı Salahlı ərazisində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 3 nəfər hadisə yerində ölüb, xəsarət alanlar var. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

AZƏRTAC