Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Bərdə-Yevlax avtomobil yolunun rayonun Saatlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Lexus markalı avtomobil yolu keçən Qarağacı kənd sakini, 1994-cü il təvəllüdlü Fərid Əfqan oğlu Qasımovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
AZƏRTAC
“Şuşa – İƏT-in turizm paytaxtı 2026” tədbirinin bağlanış mərasimi olub - YENİLƏNİB