24 noyabr 2026 01:34
89

ABŞ Hörmüz boğazından bir həftədə 108 milyon barel neftin nəqlini təmin edib

Ötən həftə ABŞ qüvvələrinin nəzarəti altında Hörmüz boğazından 108 milyon barel neft nəql edilib. Bu, ABŞ-İran münaqişəsinin başlanmasından bəri qeydə alınan ən yüksək həftəlik göstəricidir.

“İki sahil” xəbər verir ki, bu barədə “Əl-Hadath” telekanalı ABŞ administrasiyasının rəsmisinə istinadla məlumat yayıb.

ABŞ rəsmisinin sözlərinə görə, Vaşinqton İranın qabaqcıl texnoloji komponentlər əldə etməsinin qarşısını almağa və ölkənin hərbi imkanlarını bərpa etməsinə mane olmağa çalışır.