Bakıda X Beynəlxalq Bankçılıq Forumu (IBF-2026) fəaliyyətə başlayıb.
“İki sahil” xəbər verir ki, noyabrın 25-də başa çatacaq forum Azərbaycan Banklar Assosiasiyası (ABA) İctimai Birliyinin “Mastercard” beynəlxalq kart təşkilatı ilə əməkdaşlığı çərçivəsində, Azərbaycan Mərkəzi Bankının və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi ilə təşkil olunub.
“Etibarlı, təhlükəsiz və davamlı bankçılıq” mövzusuna həsr edilən forumda bank və maliyyə sektorunun inkişaf perspektivləri, eləcə də sahənin qarşısında duran aktual məsələlər diqqət mərkəzindədir.
IBF-2026 dövlət qurumlarının, maliyyə və bank tənzimləyicilərinin, kommersiya banklarının, fintex şirkətlərinin, dövlət və özəl müəssisələrin nümayəndələrini bir araya gətirib. Tədbirdə həmçinin tanınmış maliyyə təşkilatlarının baş direktorları, yüksək vəzifəli rəhbərləri və əsas qərarların qəbulunda iştirak edən şəxslər təmsil olunurlar.
Forum beynəlxalq institutların, diplomatik missiyaların, akademik dairələrin, eləcə də aparıcı bank və maliyyə xidmətləri təchizatçılarının nümayəndələri üçün də müzakirə platforması rolunu oynayır.
Azərbaycanda bank sektorunun kredit portfeli 31,8 milyard manata çatıb - Vüsal Qasımlı
Azərbaycan 2027–2030-cu illərdə rəqəmsal maliyyə mərkəzinə çevrilməyi hədəfləyir