24 noyabr 2026 12:07
103

Asəf Qənbərov: Qadın və kişi bərabərliyi yalnız qanunlarla deyil, real imkanlarla təmin olunmalıdır

Qadın hüquqlarının və cəmiyyətdəki sosial statusunun qiymətləndirilməsi yalnız qanunvericilik normaları ilə məhdudlaşmamalı, həmin hüquqlardan istifadə imkanları da nəzərə alınmalıdır.

“İki sahil” xəbər verir ki, bu fikirləri İlahiyyat İnstitutunun dekan müavini, sosiologiya üzrə fəlsəfə doktoru Asəf Qənbərov “Təhsil, elm və maarifləndirmə: cəmiyyətin inkişafında qadın intellektinin gücü” mövzusunda panel müzakirəsində çıxışı zamanı səsləndirib.

O vurğulayıb ki, hüquqi bərabərliyin mövcudluğu özlüyündə tam bərabərliyin təmin edilməsi demək deyil. Bunun üçün qadınların həmin hüquqlardan istifadə etmək imkanları, eləcə də bu hüquqlardan istifadə edən şəxslərə cəmiyyətin münasibəti də öyrənilməlidir.

"Bu məsələlərin araşdırılmasında sosioloji metodlardan istifadə olunması xüsusi əhəmiyyət daşıyır"- deyə A.Qənbərov bildirib.