24 noyabr 2026 12:42
152

BDU-nun 9 fakültəsində dekan vəzifəsinə müsabiqə elan edilib

Bakı Dövlət Universiteti (BDU) Tarix, Biologiya, Mexanika-riyaziyyat, Geologiya, Filologiya, Fizika, Sosial elmlər və psixologiya, İnformasiya və sənəd menecmenti, Jurnalistika fakültələrində dekan vəzifələrini tutmaq üçün müsabiqə elan edib.

Müsabiqədə iştirak etmək üçün sənədlər 2026-cı il noyabrın 24-dən etibarən Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının 2017-ci il 15 noyabr tarixli 5/5 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”na əsasən 1 ay müddətində qəbul edilir.

Ünvan: AZ1148, Bakı şəhəri, Z.Xəlilov küçəsi 33.