Rəqəmsallaşma ölkənin ictimai həyatında, idarəetmədə və düşüncə tərzində yeni mərhələnin başlanmasına səbəb olub. Bu proses həm qadınların, həm də kişilərin fəaliyyətinə, o cümlədən maarifləndirmə yanaşmalarına təsir göstərir.
“İki sahil” xəbər verir ki, bu fikirləri AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Siyasət fəlsəfəsi və sosiologiyası şöbəsinin müdiri, AMEA Qadınlar Şurasının sədri, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə “Təhsil, elm və maarifləndirmə: cəmiyyətin inkişafında qadın intellektinin gücü” mövzusunda panel sessiyada çıxışı zamanı səsləndirib.
“Rəqəmsallaşma şəraitində maarifləndirmə fəaliyyəti də yeni məzmun və istiqamətlər qazanır. Cəmiyyətin inkişafının yeni mərhələsində maarifləndirmə ənənəvi yanaşmalarla məhdudlaşmamalı, rəqəmsal mühitin imkanları nəzərə alınmaqla daha geniş və səmərəli şəkildə həyata keçirilməlidir", - deyə professor qeyd edib.