Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov və ABŞ-nin Özbəkistandakı səfiri Conatan Henik görüş zamanı investisiya əməkdaşlığının inkişafını və birgə layihələrin həyata keçirilməsini müzakirə ediblər.
“İki sahil” xəbər verir ki, bu barədə Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyi məlumat yayıb.
"İki ölkə arasında ticari-iqtisadi və investisiya əməkdaşlığının daha da inkişaf etdirilməsi, eləcə də qarşılıqlı ticarət həcminin artırılması məsələləri müzakirə olunub", - məlumatda bildirilib.
Tərəflər prioritet sahələrdə birgə investisiya layihələrinin təşviqi, aparıcı ABŞ şirkətləri ilə praktiki qarşılıqlı fəaliyyətin gücləndirilməsi və yeni təşəbbüslərin reallaşdırılması perspektivlərini nəzərdən keçiriblər.
WSJ: Ukrayna Krım körpüsünə zərbə üçün İsrailin "Starlink" analoqundan istifadə edib
İlon Mask: "Google" "SpaceX"dən əlavə hesablama resursları icarəyə götürmək istəyir
Fransada minimum əməkhaqqını artırmayan müəssisələrə güzəştlərin ləğvi tələb edilib