28 noyabr 2026 19:10
96

İordaniyada fabrikdə 20 nəfər pestisidlərdən zəhərlənib

İordaniyada Bəlqa vilayətinin Əl-Kəramə rayonundakı fabrikdə 20 nəfər pestisidlərdən zəhərlənib və nəfəs almaqda çətinlik çəkib.

“İki sahil” xəbər verir ki, bu barədə "Petra" agentliyi ölkənin İctimai Təhlükəsizlik İdarəsinin nümayəndəsinə istinadən məlumat yayıb.

Xilasedicilər zərərçəkənlərə lazımi yardım göstərib və onları Cənubi Şuna dövlət xəstəxanasına çatdırıblar, onlar orada müalicə alırlar.

Səlahiyyətli orqanlar hadisənin səbəblərini müəyyənləşdirmək üçün araşdırmaya başlayacaqlar.