Rumıniyanın Teleorman qraflığının Qratsiya yaşayış məntəqəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb.
“İki sahil” xəbər verir ki, bu barədə TVR telekanalı yerli fövqəladə hallar müfəttişliyinə istinadən məlumat yayıb.
Qəza noyabrın 28-i səhər saatlarında DJ 611 yolunda baş verib. Şri-Lanka vətəndaşlarının olduğu avtomobil körpünün dayağına çırpılıb və aşıb.
Xəsarət alan 5 nəfər xəstəxanalara çatdırılıb, onlardan 2-si huşsuz vəziyyətdədir və çoxsaylı travmalar alıb. Daha bir nəfərə yerində tibbi yardım göstərilib, o, xəstəxanaya getməkdən imtina edib.
Qəzanın təfərrüatları araşdırılır.