16 mart 2020 20:17
1390

Adını tarixə yazmış insanlar haqqında bunları bilirdinizmi?

Albert Enşteyn

Albert Enşteyn 14 mart 1879-cu ildə Almaniyanın Ulm şəhərində anadan olub. Deyilənlərə görə, Enşteyn  məktəbdə çox da yaxşı oxumurdu. Bəzi müəllimlər qeyd edirdilər ki, onun dərslərini  çatdırmamasının səbəbi qabiliyyətinin olmamasında deyil, tənbəlliyində idi. Artıq 12 yaşında  Enşteyn  riyaziyyat ilə maraqlanmağa başladı.

Enşteyn faşizmə etiraz əlaməti olaraq Almaniya vətəndaşlığından imtina edib.

Enşteyn 18 aprel 1955-ci ildə vəfat edib. O, vəfatından öncə təmtəraqsız dəfn edilməsini vəsiyyət etmişdi  və 19 apreldə o,  12 ən yaxın dostlarının iştirakı ilə dəfn edilib.

Napoleon Bonapart

Məşhur Fransa imperatoru, bacarıqlı sərkərdə, Fransa inqilabi ordusunun generalı, Fransa Respublikasının birinci konsulu Napoleon Bonapart əslində italyan əsilli imiş. Hətta onun italyan olduğuna və uşaqlıqda Fransaya nifrət etdiyinə dair bir çox iddialar vardır. Çünki o, Korsikada doğulmuşdu və məşhur sərkərdə olduğu illərdə bu ada  italyanların əlindən fransızların əlinə yenicə keçmişdi.

Ernest Heminquey

Hər kəs Ernest Heminqueyinin spirtli içki aludəçisi olduğunu  və özünə bu səbəbdən qəsd etdiyini düşünürdü . Lakin Heminquey peyrafobiyadan əziyyət çəkirdi. Bu o demək idi ki, o, kütlə qarşısında danışmaqdan qorxu hissi keçirirdi. Bundan əlavə, o, ən səmimi oxucularının və pərəstişkarlarının təriflərinə,hətta dostlarına belə inanmırdı.

Heminquey 5 müharibə, iki avtomobil və 2 təyyarə qəzası yaşamalı olub. Heminquey tez-tez öz dostlarına bildirirdi ki, polis onu izləyir. Dostları isə onun sözlərinə gülürdülər. Lakin sirli sənədlərin aşkarlanması ilə bunun həqiqətəndə belə olduğu sübut edildi.

Adolf və Rudolf Dassler qardaşları

Dünyanın ən məşhur idman markalarından olan “Adidas” və “Puma”, əslində II Dünya müharibəsindən əvvəl eyni ayaqqabı fabrikini işlədən, amma müharibədən sonra küsərək bir-birindən ayrılan və fərqli fabriklər yaradan iki qardaşa aiddir. Qardaşlardan Adolf Dassler “Adidas” adı altında işini davam etdirmiş, Rudolf Dassler  isə “Puma”nı yaratmışdır.

Lüdviq Van Bethoven

Məşhur alman bəstəkarı Lüdviq Van Bethovenin ölümünün səbəbi “Cam Armonika” (Klassharmonika) adlanan bir musiqi aləti idi. Bu alətin 18-ci əsrdə Benyamin Franklin  mexaniki versiyasını icad etmiş və “armonica” (armonika) adını qoymuşdur. İtalyanca “armonica” harmoniya deməkdir. Barmaqların isladılmasından sonra fırlanan qurğu, üzərindəki stəkanlara sürtünərək səs çıxararmış. Bethovenin güllədən zəhərlənərək öldüyü onsuz da məlum idi, ancaq bu zəhərlənməyə çay balıqlarının səbəb olduğu ehtimal edilmişdi. Halbuki, Bethoven  xəstələnməzdən öncəki vaxtlarında klassharmonika ilə həddindən artıq çox məşğul olmuşdu. Hansı ki, bu alət sağlamlıq baxımından çox təhlükəli olan gülləli şüşədən hazırlanmışdı. İnsanların havalanmasına və ölümünə səbəb olan bu alət sonradan qadağan edilmiş, gülləli şüşə əvəzinə kristal şüşə istifadə olunmağa başlanmışdır.

Matthev Birchinger

XIX əsrdə “Nuremberqli kiçik adam” kimi tanınan Matthev Birchinger adlı bir adam dörd musiqi alətində tam qüsursuz ifa edə bilir, çox ustalıqla xəttatlıq edir, bu günün özündə kimsənin baş aça bilmədiyi sehrbazlıq oyunları çıxarırdı. Təəccüblüsü odur ki, bu adamın qolları və beldən aşağısı yox idi. Boyu isə cəmi 73 sm idi.

Artur Konan Doyl

Məşhur detektiv yazıçı, “Şerlok Holms” əsərinin müəllifi Artur Konan Doyl  əslində bir göz həkimi imiş.

Leonardo da Vinçi

Elm və sənət sahəsindəki uğurları ilə məşhurlaşan Leonardo da Vinçi  bir vegeterian və heyvan haqlarının müdafiəçisi idi. O, qəfəsə salınan quşları alır, sonra da azadlığa buraxırdı.

Aleksandr Borodin

Dünya şöhrətli rus bəstəkarı Aleksandr Borodin əsasən kimyaçı alim idi. O, ömrünün sonunadək hər iki sənətini bir arada inkişaf etdirməyə çalışıb.

Çarlz Dikkens

Çarlz Dikkensin çox çətin uşaqlıq dövrü olub. Onun atası uzun müddətlik həbsə düşdükdə balaca Çarlzı işləmək üçün mum istehsal edən fabrikə göndərirlər. O, burada səhərdən axşama qədər bankaların üzərinə yarlıq yapışdırmaqla məşğul olurdu.

Dikkens, həmçinin o dövrlər mesmerizm adlanan hipnozla da məşğul olurdu.

Dikkensin ən sevimli əyləncələrindən biri kimliyi məlum olmayan cəsədlərin saxlanıldığı Paris morquna səyahət etmək idi.

Dikkensin otağında stol və stullar lazımı formada olmasa o işləyə bilmirdi. Lazımı formanın isə necə olduğunu yalnız o bilirdi və hər dəfə işləməyə başlamamışdan öncə mebellərin yerini dəyişirdi. Çarlz Dikkens heykəlləri və büstləri heç sevmirdi və hətta öz vəsiyyətnaməsində bildirmişdi ki,  ölümündən sonra ona heç bir heykəl qoyulmasın. Dikkensin yeganə bürünc heykəli Filadelfiyadadır. Yeri gəlmişkən, yazıçının ailəsi ilk olaraq heykəli rədd edirdi.

Samirə Tağıyeva, “İki sahil”