11 avqust 2020 10:38
695

Ağ Ev yaxınlığında atışma - Tramp zaldan uzaqlaşdırıldı 

ABŞ Prezidenti Donald Trampın brifinqi zamanı Ağ Ev yaxınlığında atışma baş verib.

Trend-in məlumatına görə, prezident dərhal məxfi xidmət əməkdaşı tərəfindən brifinq zalından uzaqlaşdırılıb.

Qeyd olunur ki, hadisəni törədən şəxs polis tərəfindən açılan atəş nəticəsində yaralanıb və ələ keçirilib.

İnsident başa çatdqıdan sonra Donald Tramp jurnalistlərin suallarını cavablandırmağa davam edib.

***

Tramp təhlükəsizlik qüvvələri tərəfindən vurulan şübhəlinin silahlı olduğunu və xəstəxanaya aparıldığını bildirib.

Xəstəxanaya yerləşdirilən şəxsin vəziyyəti ilə bağlı dəqiq məlumatı olmadığını bildirən Tramp Gizli Təhlükəsizlik Xidmətinin hadisə ilə bağlı ətraflı açıqlama verəcəyini qeyd edib. O, özünü Ağ Evdə təhlükəsizlikdə hiss etdiyini və hər kəsə təşəkkürünü bildirdikdən sonra gündəmi qiymətləndirməyə davam edib.

Şübhəlinin Ağ Evə nə qədər yaxın olduğunu bilmədiyini söyləyən Tramp, salondan çıxarıldıqdan sonra bunkerə deyil, Oval Ofisə aparıldığını bildirib.

“Dünyanın hər zaman belə təhlükəli bir yer olması çox təəssüf doğurucudur. Düşünürəm ki, bu, bir müddət də belə davam edəcək” ,- deyə Amerika lideri qeyd edib.