28 yanvar 2021 00:21
951

Aktyor avtomobil qəzasından danışıb

Aktyor Tolqahan Sayışman bir müddət əvvəl başına gələn avtomobil qəzasından danışıb.

"İki sahil" bildirir ki, Ortaköydə görüntülənən aktyor çox qorxduğunu etiraf edib: "Çox böyük qəza idi. Canımızı güc bəla ilə qurtardıq. Maşını dostum idarə edirdi. Hava yağışlı idi. Qabaqdan gələn avtomobil yolun kənarındakı dəmirlərə dəydi. Dostum o maşınla toqquşmamaq üçün avtomobili kənara vermək istədi. Lakin sürətlə manevr etdiyindən biz qəzaya uğradıq. Lakin təhlükəsizlik kəməri sayəsində sağ qala bildik".

Qeyd edək ki, dostu ilə İzmirə iş görüşməsinə gedən Sayışman Yalova yolunda ağır avtomobil qəzasına düşüb.