17 mart 2020 21:54
963

Angela Merkel hiddətlənir və xəbərdarlıq edir

Mən insanların məni anlayacağına ümid edirəm. Şagirdlər bir-biri ilə digər yerlərdə də görüşəcəksə, məktəbləri bağlamaq faydasızdır.

AFR-in federal kansleri Angela Merkel bəzi əyləncə müəssisələrinin qapılarını müştərilərin, o cümlədən, məktəb yaşında olanların üzünə açıq saxlamasından hiddətlənərək narazılığını ürək ağrısı ilə məhz belə ifadə edib.

Kansler vətəndaşları evdə oturmağa və kəskin ehtiyac olmadan heç bir yerə getməməyə çağırıb. O, almanları vətəndaş həmrəyliyə, şüurlu davranışa, koronavirusun yayılmasının qarşısını almaqda yardımçı olmağa səsləyib. Elan olunmuş məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsi federal torpaqların və kommunaların üzərinə düşür.

Bununla yanaşı, Merkel nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsinə “ciddi nəzarət olunacağı” barədə də xəbərdarlıq edib. //AZƏRTAC