Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə “Koronavirusla mübarizə tədbirləri” mövzusunda toplantı keçirilib.
AZƏRTAC xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan fövqəladə xarakter daşıyan toplantıdan əvvəl açıqlama verib. COVID-19 infeksiyası ilə bağlı Türkiyədəki vəziyyətin nəzarət altında olduğunu diqqətə çatdıran dövlət başçısı bildirib ki, toplantıda yeni koronovirusun yaratdığı risklər, onun iqtisadiyyata təsiri, yarana biləcək digər fəsadların qarşısının alınması yolları və s. məsələlər müzakirə olunacaq.
Media: ABŞ İrana zərbə endirməyə başlasa, SEPAH liderləri əsas hədəflərdən olacaq
BMT: Asiya-Sakit okean regionunda təxminən 600 milyon insan gecəqondularda yaşayır
Danimarka Ukraynaya 30 milyon dollar məbləğində əlavə humanitar yardım ayıracaq