14 dekabr 2019 14:16
892

Antarktidada planetin quru hissəsində ən dərin çökəklik aşkarlanıb

Amerikalı alimlər Antarktidada buzların altında Yer kürəsinin ən dərin çökəkliyini aşkarlayıblar.

AZƏRTAC BBC telekompaniyasına istinadla xəbər verir ki, çökəklik Şərqi Antarktidada yerləşən Denman buzlağının altında tapılıb. Dünyanın quruda ən dərin nöqtəsi dəniz səviyyəsindən 3,5 kilometr aşağıda yerləşir. Bundan dərin yer isə yalnız okeanlarda mövcuddur.

Alimlərin fikrincə, bu tapıntı gələcəkdə Cənub qütbünün hansı dəyişikliyə məruz qalacağının tədqiqi baxımından önəmlidir.

Buna qədər dünyanın ən çökək nöqtəsi dərinliyi dəniz səviyyəsindən 413 metr aşağı olan Ölü dəniz sahilləri hesab olunurdu.