14 iyul 2020 12:07
1057

Apple “ağıllı” eynəyin hazırlanmasında vacib mərhələyə çatıb

“Apple” şirkəti əlavə reallıq texnologiyasına malik “ağıllı” eynəyin hazırlanmasında vacib mərhələyə çatıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, “Apple” və onun istehsalçı tərəfdaşı “Foxconn” ilk dəfə qurğu üçün yarımşəffaf linzaların ayrı-ayrı prototiplərinin yaradılması mərhələsindən təcrübi istehsala keçiblər. Linzalar hazırda “iPad” planşetlərinin əksər hissəsinin yığıldığı Çinin Çendu zavodunda yaradılır.

Hazırlanma prosesində hər yeni “Apple” qurğusu prototiplərin yaradılmasından tutmuş istehsal olunanadək onlarla və yüzlərlə qurğu bir neçə mərhələdən keçir. Mayda linzalar istehsal həcminin min ədədə çatdığı “mühəndisliyin təsdiqi testi” adlı mərhələyə çatıb. Bu isə o deməkdir ki, qurğunun dizayn və konstruksiyasını tam müəyyənləşdirən “Apple” kütləvi istehsal üçün onun yararlığını yoxlamağa başlayıb.