İndiyə qədər 1579,5 litr qan tədarük olunub
Aşura günü ilə əlaqədar Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən irsi qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə könüllü qanvermə aksiyaları keçirilir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, saat 12:00 qədər respublikanın 25 şəhər və rayonu üzrə 33 xəstəxana və məscidlərdə keçirilən qanvermə aksiyalarında 3 510 nəfər könüllü olaraq qan verib. Həmin şəxslərdən 1579,5 litr qan tədarük olunub. Götürülmüş qanlar Mərkəzi Qan Bankına göndərilir.
Qan vermək üçün gələn insanların sayı durmadan artır.
Sumqayıtda motosiklet sürücülərinə qarşı profilaktik tədbirlər keçirilib - 22 nəfər saxlanılıb/VİDEO
Nazir: Əvvəlki illə müqayisədə buğda və arpa toxum istehsalında nəzərəçarpan artım müşahidə olunub
Ramin Məmmədov Biləsuvar şəhərində yerləşən "Cümə" və "İmam Zaman" məscidlərini ziyarət edib