09 iyul 2020 20:27
1094

Avstraliyanın Melburn şəhərində 6 həftəlik karantin rejimi elan edildi

"Sərt tədbirlər həyata keçirilməsə, yoluxanların sayı artacaq, vəziyyət nəzarətdən çıxacaq

 

Avstraliyanın Viktoriya ştatının meri Deniel Endryus Melburn şəhərində altı həftəlik karantin rejiminin tətbiq olunduğunu elan edib. Avstraliyanın ikinci ən böyük şəhəri olan Melburnda 24 saat ərzində 191 nəfər COVİD-19 virusuna yoluxub. Bu səbəbdən də şəhərdə karantin rejiminin tətbiqi haqqında qərar iyul ayının 8-dən qüvvəyə minib.

O, bildirib ki, virusun yayılmasının qarşısını almaq üçün məhdudlaşdırıcı tədbirlərin görülməsi vacibdir. Onun sözlərinə görə, əgər sərt tədbirlər həyata keçirilməsə, yoluxanların sayı artacaq, vəziyyət nəzarətdən çıxacaq.