Sərnişinlərə görə 2 dəfə geri qaytarılan sürücü üçüncü dəfə onları baqajda keçirməyə cəhd edib.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) "Report"a verilən məlumata görə, iyunun 28-i gecə saat 00:40 radələrində "Mercedes" markalı 90-GC-773 nömrəli avtomobilin sürücüsü Əsgərzadə Müşfiq Xasay oğlu maşının baqaj hissəsində Bakı şəhər sakinləri - Əliyev Murad Arif oğlunu və Şabanov Elşən Rövşən oğlunu Bakı-Şamaxı yolunda yerləşən karantin postundan rayon istiqamətinə keçirməyə cəhd edərkən BDYPİ-nin Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən saxlanılaraq barələrində inzibati tədbir görülüb.
Ombudsman Səbinə Əliyeva Strasburqda İkinci Biznes və İnsan Hüquqları Forumunda iştirak edib
Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 36 mənzil verilib