13 iyul 2020 19:26
1248

Azərbaycan dünyada beynəlxalq həmrəyliyi təmin edən ölkəyə çevrilib

Ulu öndər Heydər Əliyev bir zaman deyirdi: “Gün gələcək, Azərbaycan dünyaya günəş kimi doğacaq”. Neçə illər öncə işlədimliş, Azərbaycanın gələcək inkişafı və dünyada tutmuş olacaq mövqeyini dəqiqliklə ifadə edən bir kəlam! Bəli, artıq həmin gün gəlib! Azərbaycan bu gün dünyada birləşdirici mövqedən çıxış edərək beynəlxalq həmrəyliyi təmin edən bir ölkəyə çevrilib.

Zaman keçir, dövr dəyişir. Baxmayaraq ki, elmi-texniki tərəqqi yüksək inkişaf həddinə çatıb, lakin hələ də dünyada insan iradəsindən kənar hadisələr dünyanın yeni düzənə - yeni mərhələyə keçməsinə səbəb ola bilir.

 Ötən ilin sonlarından dünyada sürətlə yayılmağa başlayan və tibb elmində bir o qədər də öyrənilməmiş olan koronavirus adlı yolxucu xəstəlik qısa zamanda pandemiya halını alaraq bütün planetin ənənəvi düzənini bir andaca dəyişməyə başladı. Artıq dünya “Pandemiya dövrünü” yaşamaqdadır. Təbii ki, inkişaf dərəcəsindən aslı olamyaraq hər bir ölkə bu dövrdə çətinliklərlə üz-üzə qaldı. Yaşananlar göstərdi ki, heç bir peyvəndi olmayan bu virusla mübarizədə səhiyyə sisteminin nə qədər inkişaf edib-etməməsi əslində çox da əhəmiyyət kəsb etmir. Əsas məsələ isə virusla mübarizə tədbirləri çərçivəsində düzgün yanaşama tətbiq etməklə preventiv tədbirlərin görülməsidir.

Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə həyata keçirdiyi təxirəsalınmaz tədbirlər qısa zamanda öz effektini verməyə və vəziyyəti nəzarətdə saxlamağa şərait yaratdı. Azərbaycan dövlətinin virusla mübarizədə həyata keçirdiyi preventiv tədbirlər ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanmış, beynəlxalq mətbuatda dəfələrlə təqdir edilmiş və Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarında  nümunəvi gösrəticilər kimi qeyd edilmişdir.

Cənab Prezident İlham Əliyev bütün planetin üz-üzə qaldığı bu qlobal problemin həlli istiqamətində tək ölkə daxilində işlər görməklə kifayətlənmədi. Bu problemdən xilas yollarının araşdırılması üçün bir çox beynəlxalq təşkilatlarla online formatlı görüşlərin keçirilməsinə və müzakirələrin aparılmasına nail oldu.

Aprel ayının 10-da cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri olaraq Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə, may ayının 4-də isə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşlərinin keçirilməsi və dünyanın üz-üzə qaldığı  COVİD 19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində beynəlxalq səylərin birləşdirilməsi istiqamətində müzakirələrin aparılması ölkə başçısı cənab İlham Əliyevin humanizm prinsiplərinə sadiq bir siyasətçi olmasının göstəriciləri kimi dəyərləndirilir.

May ayının 4-də  Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşü zamanı cənab prezident İlham Əliyevin irəli sürdüyü BMT Baş Assambleyasının  xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün qısa zamanda 130-dan çox dövlət tərəfindən dəstəklənməsi Azərbaycan diplomatiyasın bir uğurudur. Eyni zamanda BMT kimi dünyanın ən nüfuzlu siyasiyasi təşkilatın xüsusi sessiyasının cənab prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilməsi təklifinin qəbul edilməsi ölkə başçımızın dünya miqyasında qəbul edilən müasir bir siyasi lider olmasının göstəricisidir.

Pandemiyadan əvvəlki dövrdə də Azərbaycan dünya ictimaiyyəti tərəfindən beynəlxalq layihələrin, tədbir və konfransların keçirilməsində böyük təcrübəyə malik bir ölkə olaraq tanınırdı. Dünyanın yeni düzənində də bu cür tədbirlərin Azərbaycan tərfindən keçirilə bilməsi beynəlxalq aləmin ölkəmizə olan etimadından irəli gəlir. Ölkəmiz bu etimadı  cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində qazanmışdır.

Artıq Azərbaycan dünyanın siyasi mərkəzinə çevrilməyi bacarıb. Dünya gündəmi Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və iştirakı ilə Azərbaycanın mərkəz olaraq qəbul edilməsi ilə müzakirə edilir.

Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının  xüsusi sessiyasının keçirilməsi Azərbaycan dövlətçiliyi tarixinə qızıl hərflərlə yazılacaq bir səhifədir. Bu sessiyanın keçirilməsinin əsas mövzusu dünya ölkələrin COVİD 19 adlı bəladan xilas yollarının müzakirəsi olsa da bu Azərbaycan həqiqətlərinin bütün dünya ictimaiyyətinə çatdırılmasında ali tribuna rolunu oynacaq.

Artıq Azərbaycan dünyada yüksək nüfuz və söz sahibinə çevrilib. Bütün bunların  əsasını isə cənab Prezident İlham Əliyevin müasir dövrün tələbləri çərçivəsində həyata keçirdiyi ulu öndər Heydər Əliyev siyasəti təşkil edir. Ulu öndər Heydər Əliyevin ölkəmiz  haqqında arzuları günümüzün reallığına çevrilib və artıq müstəqil Azərbaycan müasir dünyanın  siyasət aləmində parlayan bir günəşdir.

 

Anar Şahmuradov,

YAP Ağdaş rayon təşkilatının əməkdaşı