27 sentyabr 2020 18:44
631

Azərbaycan Ordusunun əks-hücumları nəticəsində işğal altında olan kəndlərimizin erməni işğalından azad edilməsi qürurvericidir

Əsli Kazımova: “Heç bir beynəlxalq təşkilat rəsmi İrəvanıın işğaldan əl çəkməsi üçün gərəkli sərt mövqe ortaya qoymadı”

“Azərbaycan Ordusunun əks-hücumları nəticəsində işğal altında olan  kəndlərimizin erməni işğalından azad edilməsi qürurvericidir. Ölkə başçısının 30 ilə yaxın erməni  işğalına son qoyulması ilə  bağlı əminlik dolu mesajı, hər birimizə cəsarət mesajı idi. Azərbaycan xalqının öz torpaqlarında yaşamaq istəməsini vurğulayan dövlət başçısı, dünyabirliyinin illərdir gözyumduğu ədalətsizliyə son qoymaq adına verdiyi mesajlar, hər birimiz üçün Ali Baş komandanın vətənpərvərlik çağırışı kimi qəbul edilməlidir”.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.

O bildirib ki, Dövlət başçısı dəfələrlə BMT-nin tribunasından belə separatçı Ermənistanının müharibəyə hazırlaşdığını, Paşinyanın danışıqlar prosesinə zidd olaraq, təhdid mesajları verməsi ilə bağlı beynəlxalq ictimaiyyətə gərəkli xəbərarlığı etdi. Amma ATƏT-in Minsk Qrupu sükutu pozmamağa və kor siyasətlərini davam etdirməyə üstünlük verdilər: “Dəfələrlə Ermənistanın regionun təhlükəsizliyini risqə ataraq, Azərbaycanın işğal altında olan torpaqlarında terror qruplaşmalarını silahlandırmalarını diqqətlərə çatdırdıq. Cənab İlham Əliyev dəfələrlə işğalçı Ermənistanı silahlandıran dövlətlərə qarşı sərt mövqe nümayiş etdirdi. Amma 1992 ci ildə Xocalı faciəsi zamanı susan beynəlxalq ictiamiyyət, yenə də bu kimi məsələlərə səssizliklə münasibət bildirdi. Azərbaycanın Ali Baş Komandanı regionun təhlükəsizliyi adına gərəkli bütün addımları atdı. Amma beynəlxalq təşkilatların susması, 30 ildir davam edən erməni işğalına son qoya bilmədi.  Heç bir beynəlxalq təşkilat rəsmi İrəvanıın işğaldan əl çəkməsi üçün gərəkli sərt mövqe ortaya qoymadı. Belə olan halda, Azərbaycan öz mövqelərini qorumaq və xalqın təhlükəsizliyini təmin etmək adına  düşməni cavab atəşi ilə susdurmalı idi".

Ə. Kərimova qeyd edib ki, hazırda 30 ilə yaxındır  erməni işğalı altında olan Füzuli rayonun Aşağı Əbdurrəhmanlı kəndi,  Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı, Nüzgar kəndləri  azad edilib: “Əldə etdiyimiz məlumata görə, Ağdərə rayonu və hakim yüksəkliklər Azərbaycan Ordusu tərəfindən nəzarətə götürülüb. Bu böyük uğurdur. Başda  bir qarış torpağımızı belə düşmənə güzəştə getməyəcəyinə and içən, mərd və yenilməz lider İlham Əliyev olmaqla, Azərbaycan Ordusu sadəcə bir gündə bu qədər torpağımıı düşməndən təmizləməyə müvəffəq olub. Bir siyasi partiya sədri kimi bu məni çox qürurlandırır. Allah əsgərlərimizə yar olsun! Tezliklə Qarabağda Azərbaycan bayrağının dalğalanmasını da görəcəyik!”

Nigar Orucova,
“İki sahil”