16 iyun 2019 10:53
1220

Azərbaycan, Rusiya və İran prezidentləri Soçidə görüşəcək

Azərbaycan, Rusiya və İran prezidentləri İlham Əliyev, Vladimir Putin və Həsən Ruhani bu ilin avqust ayında Soçidə görüşəcək.

"İki sahil" APA-ya istinadən xəbər verir ki, bunu Rusiyanın Şimali Qafqaz işləri üzrə naziri Sergey Çebotaryev bildirib.

"İran və Şimali Qafqaz: tarix və əməkdaşlıq perspektivləri" konfransının açılışında çıxış edən S. Çebotaryev deyib ki, avqust ayında Soçidə Azərbaycan, Rusiya və İran prezidentləri arasında yüksək səviyyəli görüşün keçirilməsi planlaşdırılır.